İran yaxın aylarda nüvə silahı əldə edə bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolas Lernerə istinadən məlumat yayıb.
Lerner, "İranın nüvə silahının yayılması riski qarşıdakı aylarda böyük təhlükədir və Böyük Britaniya və Fransa belə bir hadisəyə hazırlaşmaq üçün strategiyalar hazırlayır"-deyə bildirib.
O, Fransa və Britaniya xidmətlərinin yaxın aylarda gözlənilən “kritik təhlükəyə” qarşı durmaq üçün yan-yana işlədiyini söyləyib.
Noyabrın 2-də İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib ki, Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verəcək bütün imkanlara malikdir.
Onun sözlərinə görə, məsələnin texniki tərəfinə gəldikdə, İranın heç bir maneəsi yoxdur və yeganə “məhdudedici amil” İran lideri Ayətullah Əli Xameneinin İslam Respublikasının nüvə silahına sahib olmaq üçün səy göstərməyəcəyi barədə əmridir.
Əli Babayev