Rusiya məhkəməsi 98 milyon rublu mənimsəməkdə şübhəli bilinən Krasnoyarsk oliqarxı Vladimir Eqorovun oğlu Anton Eqorovu həbs edib.
SİA xəbər verir ki, bu barədə REN TV özünün Telegram kanalında məlumat yayıb.
Kiçik Eqorov 159-cu maddənin 4-cü hissəsi (“Xüsusilə külli miqdarda dələduzluq”) ilə şübhəli bilinir. O, iki ay müddətinə həbs edilib.
Qeyd edək ki, bundan əvvəl rusiyalı milyarder Musa Bajayevin oğlunun Moskvada polislə dava etdiyinə görə saxlanıldığı bildirilirdi.
Nazlı Almuradova