Türkiyə iqtisadiyyatı 17 rübdür davamlı inkişaf edir

29 Noyabr 2024 22:43 (UTC+04:00)

Türkiyə iqtisadiyyatı 17 rübdür davamlı inkişaf edir.

SİA xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ümumi daxili məhsul məlumatlarını açıqlayıb.

İqtisadiyyat ilin üçüncü rübündə 2,1 faiz artıb.

Tikinti sektorunda artım 9,2 faiz olub. Bunu maliyyə və sığorta fəaliyyəti və kənd təsərrüfatı sektoru izləyib.

Ev təsərrüfatlarının son istehlak xərcləri də 3,1 faiz artıb. Bu dövrdə əmtəə və xidmət ixracında 0,8 faiz artım qeydə alınıb.