Terrorçu qruplar Suriyanın ikinci böyük şəhəri Hələbə basqın ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press məlumat yayıb. Qərb ...Terrorçular Hələbə soxulub, orada bomba yerləşdirilmiş iki avtomobili partladıblar. Onlar Suriya Silahlı Qüvvələri ilə də toqquşublar, - deyə agentliyə mənbələr bildirib.
Bundan əvvəl Suriya Hərbi Hava Qüvvələri Hələb vilayətinin qərbində müxalif terror qruplaşmalarının yaraqlılarına zərbələr endirib.
Noyabrın 27-də Suriya müxalifətinin silahlı qüvvələri Hələb əyaləti ərazisində hökumət qoşunlarının mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb.
Reuters mənbəsinin bildirdiyinə görə, yaraqlıların hücumu ən azı on rayona təsir edib.
Əli Babayev