...Siqaret çəkənlərin beyin həcmi siqaret çəkməyənlərə nisbətən daha azdır.
SİA-nın məlumatına görə, bunu rusiyalı həkim Mariya Çerdak bildirib.
...Siqaret çəkənlərin beyin maddəsinin həcmi siqaret çəkməyənlərə nisbətən daha kiçikdir. Üstəlik, bu pis vərdişə sadiq qalan hər il boz maddənin miqdarı azalmağa davam edir.
...Beləliklə, bu, siqaretin beynin vaxtından əvvəl qocalmasına səbəb olduğu əvvəlcədən müəyyən edilmiş faktı təsdiqləyir.
Bunu həkim deyir.
...Lakin bu asılılıq səbəbindən damar divarı sərt və kövrək olur. Bu vəziyyətdə beyin qan axını pisləşir. Bu səbəbdən mərkəzi orqanımız daha az qida və oksigen alır, nəticədə sadəcə “quruyur”.
Siqaret tüstüsünün tərkibindəki qatranlar və yanma məhsulları sinir hüceyrələrini zəhərləyərək onların daha tez ölməsinə səbəb olur. Beyində patoloji dəyişikliklər meydana çıxır. Bununla belə, siqareti atmaq və bütün bu mənfi dəyişikliklərin daha da baş verməsini ləngitmək heç vaxt gec deyil.
Əvvəllər stomatoloq-terapevt və bərpaçı Aleksey Soşnikov, siqaret çəkənlərin bir sıra ağız xəstəliklərinə və kariyesə səbəb ola biləcəyini demişdi.
Nazlı Almuradova