Azərbaycan millisi növbəti matçını keçirib

29 Noyabr 2024 15:01 (UTC+04:00)

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib. SİA-nın məlumatına görə, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş rəqibin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.