Milli Məclisin növbəti plenar iclası dekabrın 3-4-də keçiriləcək

29 Noyabr 2024 14:19 (UTC+04:00)

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-ü və 4-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib.

Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, iclasın əsas müzakirə mövzusu Azərbaycanın "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi olacaq.