Həcc və Ümrə ziyarəti üçün ayrı viza lazımdır

29 Noyabr 2024 12:23 (UTC+04:00)

Həcc və ya Ümrə ziyarəti üçün ayrı viza lazımdır. SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanununun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, sazişlə nəzərdə tutulan viza məsələsi işçi səviyyəsində olan səfərlər üçün nəzərdə tutulub.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.