8 Noyabr prospektində yeni işıqforlar quraşdırılıb

29 Noyabr 2024 11:30 (UTC+04:00)

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni işıqforlar quraşdırılıb. Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında NİİM tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada işıqforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Layihə çərçivəsində mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.