Bu gün IV turun daha bir matçı keçiriləcək

29 Noyabr 2024 10:21 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında bu gün IV turun daha bir matçı keçiriləcək. SİA- nın məlumatına görə, B qrupunda “Lənkəran” evdə “Ordu”nu qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da start götürəcək.

“Lənkəran” hazırda B qrupunda 5 xalla dördüncüdür. Eyni xala malik “Ordu” ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Turun digər matçları noyabrın 30-da və dekabrın 1-də baş tutacaq.