İranın Sistan və Bəlucistan əyalətində polis bölməsinə hücum olub. SİA xəbər verir ki, bölgənin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur şəhərinin mərkəzindəki polis bölməsinə yaxınlaşan və qərargaha daxil olmağı planlaşdıran silahlı şəhsin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığını bildirib.
İshaqinin sözlərinə görə, o, polislər tərəfindən öldürülüb.