Birmərtəbəli ev yandı

29 Noyabr 2024 05:11 (UTC+04:00)

Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.