Hələb yaxınlığında Suriya ordusunun geyimində olan “Həyat Təhrir əş-Şam” terrorçularının bir qrupu məhv edilib. SİA bu barədə Suriya Ərəb Respublikasının təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir.
“Bir neçə terrorçu qrup Hələbin qərbində və M5 Hələb-Dəməşq magistralında qoşunlarımızın arxasına keçməyə cəhd etsə də, məhv edilib. Bir halda yaraqlılar Suriya Ərəb Ordusunun geyimində idilər və onların çiyinlərində də bu ərazilərdə xidmət edən bölmələrimizin nişanları vardı.”, - TQ-nin nümayəndəsi bildirib.
Həmçinin bildirilib ki, bölmələrin geyimində belə dəqiqliyin olması yaraqlıların əməliyyata uzun müddət hazırlığından xəbər verir.
Bundan əvvəl Suriyada 400-dən çox Cəbhət ən-Nusra terrorçusu məhv edilib.