UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.
SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin heyətində Jorj Mikautadze fərqlənib.
Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.