Gürcüstanda etirazlar başlayıb

28 Noyabr 2024 21:46 (UTC+04:00)

...Baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmdən çıxaracağını bəyan etməsindən sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, verilişləri yerli telekanallar həyata keçirir.

Avropa İttifaqı ilə inteqrasiya prosesinin dayandırılması barədə qərar qəbul edilən iclasdan sonra hökumət rəsmilərinin qalmaqda davam etdiyi hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına insanlar toplaşıb.

Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Gürcüstan parlamentinin binasına yüzdən çox insan gəlib. Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir. Vətəndaşlar müxalifət liderlərinin çağırışı olmadan kortəbii şəkildə çölə çıxıblar.

Əli Babayev