Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir

28 Noyabr 2024 20:14 (UTC+04:00)

Bu arada ruslara mənzillərdə saxlamaq mümkün olmayan heyvanların siyahısı tərtib edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, siyahını hüquqşünas, Moskva və Moskva vilayəti üzrə Hüquq və Asayiş Mərkəzinin rəhbəri Aleksandr Xaminski təqdim edib.

O, Rusiya hökuməti tərəfindən təsdiq edilmiş sənədə istinad edib və orada vəhşi heyvanların, eləcə də ekzotik həşəratların mənzillərdə olmasının qadağan edildiyini qeyd edib. Qadağaya pələng, şir, bəbir, yaquar, müxtəlif növ ilanlar, əqrəblər və zəhərli hörümçəklər daxildir.

Siyahıya adi tülkü, canavar və vaşaq da daxildir.

...Eyni zamanda, Xaminski əlavə edib ki, Rusiya Federasiyasında hələlik belə bir qadağanın pozulmasına görə heç bir məsuliyyət yoxdur - qanunvericilik yalnız qanunla müəyyən edilmiş tələblər pozulmaqla əsirlikdə saxlanılan və ya istifadə edilən vəhşi heyvanların müsadirəsinə icazə verir.

Onun fikrincə, qanunu pozanlarda məsuliyyətsizlik hissi yaradan cəzanın olmamasıdır.

Bundan əvvəl Leninqrad zooparkında müəmmalı heyvanın peyda olması barədə məlumat yayılmışdı.

Nazlı Almuradova