Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığında siyasətçilərin fikir mübadiləsi apardıqlarını, lakin hər birinin öz fikirlərində qaldığını bildirib.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
...Bu, əlbəttə ki, Ukraynadakı hadisələrə aiddir. Amma burada qeyri-adi heç nə yox idi, məncə, nə onun üçün, nə də mənim üçün. O öz mövqeyini, mən də öz mövqeyimi çatdırdım. Biz isə bu məsələdə inamsız qaldıq
Bunu deyən Rusiya liderinin sözlərinə görə, sükutu ilk pozan Almaniya kansleri olub.
Prezident söhbətin uzun və bir saata yaxın davam etdiyinə də aydınlıq gətirib.
Daha əvvəl Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazilərinin dərinliklərində uzaqmənzilli raket zərbələri endirməyə icazə verilməsi Qərbin münaqişəyə birbaşa müdaxiləsi deməkdir. O qeyd edib ki, uzaqmənzilli dəqiq silahlardan istifadə Qərb hərbçilərinin birbaşa iştirakı olmadan mümkün deyil.
Əli Babayev