Bu gün, 28 noyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbiri keçirilir. SİA xəbər verir ki, tədbirdə deputatlar, rəsmi dövlət nümayəndələri iştirak edirlər.
Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.