Türk Hava Yolları (THY) İtaliyada yerüstü xidmət işçilərinin tətili səbəbindən sabaha planlaşdırılan bəzi uçuşların ləğv edildiyini açıqlayıb.
SİA xəbər verir ki, Türk Hava Yollarının (THY) mətbuat müşavirliyindən məlumat bildirilib.
Məlumatda qeyd edilib ki, 29 noyabr tarixində "TK 1873 İstanbul-Milan", "TK 1874 Milan-İstanbul", "TK 1865 İstanbul-Roma", "TK 1866 Roma-İstanbul", "TK 1323 İstanbul- Bolonya” və “TK 1324 Bolonya-İstanbul” planlaşdırılmış reysləri yerinə yetirmək mümkün olmayacaq.