Elm və təhsil naziri Qazaxıstan səfiri ilə görüşüb - FOTOLAR

28 Noyabr 2024 17:20 (UTC+04:00)

Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.