"Tələbə kəsrə görə pul verib keçirsə, bu, birbaşa hər iki tərəf üçün korrupsiyadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, bunu verən tələbə də, alan müəllim, universitet də məsuliyyət daşıyır: "Bunun fəsadları da çox pisdir, tələbə öyrənmədən imtahandan keçir, müəllim də rüşvət alır.
Hansısa fəndən kəsilən tələbənin alt qrupda oturması, kredit sayının 25%-ni ödəyib imtahanda yenidən iştirakı qanunidir. Universitet bunun üçün əlavə resurs sərf edir.
Bir bala görə kəsilən tələbəyə niyə güzəşt olunmur?
Tutalım ki, qəbul imtahanında 200 bal keçiddir, abituriyent 199.9 bal toplayıbsa, yenə də güzəşt olunmur. Standart qayda var, riayət etmək lazımdır. Məsələn, 17 bal toplanması lazım olan imtahandan 16 toplayana güzəşt edilirsə, 15 bal toplayan da güzəşt istəyəcək. Başqa bir misal, Universitetin hüquq fakültəsinə 0.1 balınız catmırsa, siz oraya qəbul ola bilmirsiniz.
Düşünürəm ki, universitetlərdə semestr üzrə qoyulan keçid balı tələbi heç də yüksək deyil. Smestrdə fənn üzrə ümumilikdə 51 bal, imtahanda isə 50-dən 17 balı toplanılması minimum şərtlərdir. Bir neçə universitetdə qaydalar fərqli olduğu üçün həmin ali təhsil ocaqlarını istisna edirik".