Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

28 Noyabr 2024 15:03 (UTC+04:00)

Gürcüstan parlamenti hökumətin yeni tərkibini və qarşıdakı 4 illik fəaliyyət planını təsdiqləyib. SİA xəbər verir ki, parlamentin sədri hökumətin tərkibini elan edib. Parlament Baş nazir vəzifəsinə İrakli Kobaxidzeni təsdiqləyib. Maka Boçorişvili xarici işlər, Anri Oxanişvili ədliyyə, David Sonqulaşvili ətraf mühit və kənd təsərrüfatı, Levan Davitaşvili iqtisadiyyat və davamlı inkişaf, Tinatin Ruxadze mədəniyyət və idman, İrakli Çikovani müdafiə, Laşa Xutsişvili maliyyə, İrakli Karseladze infrastruktur və regional inkişaf, Vaxtanq Qomelauri daxili işlər, Aleksndr Tsuladze təhsil, elm və gənclər, Mixail Sardjveladze işğal olunmuş ərazilərin məcburi köçkünlərin müəssisələri, səhiyyə və sosial müdafiə naziri vəzifələrinə, Teya Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə təsdiq olunublar.