Tərlan Əhmədov "Qarabağ"ın bugünkü oyunundan gözləntiləri AÇIQLADI - ŞƏRH

28 Noyabr 2024 14:55 (UTC+04:00)

"Bu gün "Qarabağ" və "Lion" komandasının oyunu var. "Lion" komandasının keçmişi, tarixi var. Bu komanda Fransa çempionatında iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədov deyib.

O bildirib ki, hal-hazırda maddi durumlarında bir az problemlər yaşasalar da, külli miqdarda borcları olsa da, hər halda çempionatda oynayırlar: "Onların klub prezidentinin müsahibəsi də var idi ki, birinci liqanı tərk edən deyilik. Fransa çempionatında bütün məsələlər öz həllini tapacaq. Bu gün olan oyuna da yüksək səviyyədə kökləniblər. Biz düşünürük ki, "Qarabağ" səfərdə qalib gəlib, bu günkü oyunda isə "Qarabağ" evdədir.

Hər halda düşünürəm ki, "Tottenham"ı çıxmaq şərtilə "Bodo Qlimt" ən yaxşı komandalardan biridir. Oyun baxımından səviyyəli oyun nümayiş etdirən komanda idi və "Qarabağ" ona qalib gəldi. Düşünmürəm ki, bu gün "Qarabağ" oyunda problem yaşasın. Hər halda düşünürəm ki, "Qarabağ" bu oyunda da qalib gələcək. Amma qalib gəlmək üçün çox diqqətli olmaq lazımdır. Əvvəlki buraxılan səhvlər var idi ki, hücum xəttində məğlubiyyət ardıcıl gəlirdi. Oyunlardakı məğlubiyyətlər istər-istəməz komandanın eniş zolağı idi. Amma "Bodo Qlimt" dən sonra komanda bir balaca özünə gəlib. Hər halda bu oyun asan olmayacaq. Çünki Fransa çempionatında oynayıb. Fransa komandaları həmişə bir az aqressiv olurlar, futbol barədə çalışırlar ki, hər zaman öz oyunlarını nümayiş etdirsinlər. Bu baxımdan düşünürəm ki, bu gün "Qarabağ" əvvəlki oyunlarından birini nümayiş etdirsə, qalib gələcək. Amma müdafiədəki boşluq, səhvləri minimuma endirmək lazımdır. Yaradılacaq qol epizodlarını hər halda ərsəyə gətirmək lazımdır. Bunlardan istifadə olunmalıdır. "Qarabağ" əvvəl daha çox qol epizodları yaradırdı. Amma indi minumum yaradılır, az yaradılır. Əvvəlki oyunlara baxanda 30-40% az yaradılır. Bu baxımdan da "Qarabağ" bu günkü oyunda maksimum nəticə əldə etmək, qalib gəlmək istəyirsə, müdafiədəki boşluğu düzəltməli, komanda halında müdafiə olunmalıdır".

"Bilirik ki, "Qarabağ"ın əks-hücumları da var. Əks-hücumları mükəmməldir, bundan da istifadə edə bilər. İkinci nəticə isə, onların əks-hücumlarının qarşısı alınmalıdır. Komanda səfərdə oynayır, çalışacaq ki, əks-hücumlara çıxsın. "Qarabağ" topa sahib olduqdan sonra tədricən hücumları qorumağı "Lion"dan daha üstündür. Öz oyunlarını oynayıb topa daha çox nəzarət etsələr, düşünürəm ki, "Qarabağ" bu oyunda da qalibiyyət əldə edəcək. Ümidvaram ki, "Qarabağ" bundan istifadə edib bu gün oyunda qalib gələcək. Bu, mənim arzu və istəyimdir. Soyuqqanlı olmaq, oynamaq lazımdır. Onlar nə qədər aqressiv olarsa, onları oyunlarından çıxarmaq lazımdır. Onları daha çox oyun tempindən salmaq lazımdır.

Qırmızı vərəq və bu kimi şeylərdə diqqətli olmaq lazımdır. Çünki Fransız klubudur. Hər halda hakim simpatiyası da ola bilər. Bu baxımdan düşünürəm ki, bu gün maraqlı oyun olacaq. "Qarabağ" hər şeyə rəğmən diqqətli olmalıdır. Yavaş-yavaş keçən ilki, ondan əvvəlki illərin oyunlarına qayıtmalıdır. Yaradılan qol epizodlarından maksimum istifadə etməlidir. Hər şeyə rəğmən müdafiədə, hücum xəttində, hakimlə ehtiyatlı olmalıdır. Bir daha uğurlar arzulayıram" - deyə o, əlavə edib.