"OPEC+" ölkələri nazirlərin görüşü dekabrın 5-nə keçirilib. SİA xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.
Nazirlərin görüşü dekabrın 1-də onlayn formatda keçirilməli idi. Görüşdə razılaşma iştirakçıları əvvəllər təxirə salınmış hasilat artımı planlarını həyata keçirib-keçirməyəcəklərini müəyyən etməli idilər. "OPEK+" ölkələri yanvar ayında neft hasilatını ümumilikdə gündəlik 180 min barel artırmağı planlaşdırırdılar. Əvvəllər bildirilmişdir ki, razılaşma iştirakçıları bu qərarın bir neçə ay təxirə salınması ilə bağlı danışıqlar aparırlar.