Cənubi Koreya 43 Çin əsgərinin sümüklərini qaytarıb

28 Noyabr 2024 12:57 (UTC+04:00)

Cənubi Koreya, Koreya müharibəsində Şimal tərəfində döyüşərkən həlak olan 43 Çin əsgərinin sümüklərini Pekinə qaytarıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.

Xəbərə görə, 2014-cü ildən bəri Koreya müharibəsində həyatını itirən 981 çinli əsgərin sümükləri Çinə qaytarılıb. Çin, 1950-1953-cü illər arasında Koreya müharibəsində Cənubi Koreyaya dəstək verən ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləyib.