Türkiyədə millət vəkilləri əlbəayaxa çıxdı

28 Noyabr 2024 12:12 (UTC+04:00)

Bu gün Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı mübahisə yaranıb. SİA Türkiyə mətbuatəna istinadən xəbər verir ki, danışıqlar deputatlar arasında mübahisə səbəbindən dayandırılıb.

Türkiyə Böyük Millət Məclisində Ədliyyə Nazirliyinin büdcə müzakirələri zamanı TBMM müxbirlərinin görüntü çəkməsinin qarşısı alındıqdan sonra mübahisə yaranıb. CHP-li millət vəkilləri qərara reaksiya verib.