Bakıda 13 yaşlı oğlan itkin düşüb

28 Noyabr 2024 10:08 (UTC+04:00)

Bakıda 13 yaşlı oğlan itkin düşüb. SİA xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib.

Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.