Azərbaycan nefti ucuzlaşıb

28 Noyabr 2024 10:03 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,57% azalaraq 74,79 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,22 dollar təşkil edib.