Moldova Rusiyaya qarşı bu sanksiyaya qoşuldu

28 Noyabr 2024 03:16 (UTC+04:00)

Moldova ABŞ-ın “Rossiya Seqodnya” media qrupuna və “Avrasiya” qeyri-kommersiya təşkilatına qarşı sanksiyalarına qoşulub. SİA xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb. Qeyd olunub ki, bu barədə respublikanın Baş naziri Dorin Recanın sədrliyi ilə İdarələrarası Nəzarət Şurası qərar verib.