Çində güclü zəlzələ oldu

28 Noyabr 2024 01:22 (UTC+04:00)

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 506 min nəfərin yaşadığı Kaşqar mahalından 171 km şimal-şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.