Medvedev yenə münasibət bildirib...

27 Noyabr 2024 22:04 (UTC+04:00)

...Təhlükəsizlik Şurasının sədr müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Rusiya ərazisinə uzaqmənzilli silahlarla endirilən zərbələri şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti “Al Arabiya”ya istinadən xəbər verir.

Medvedevin sözlərinə görə, Rusiya ərazisinə edilən hücumlar cavabsız qalmayacaq. O, həmçinin aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına qarşı Amerika və Avropa raketlərindən istifadəni birbaşa bəyan edib və bu, yeni “Oreşnik” orta mənzilli raketlə cavab zərbəsi endirmək qərarına səbəb olub.

...Bəli, şübhəsiz ki, belə oldu. Və bunun nəticəsiz qalmayacağı tamamilə aydındır. Və artıq qalmayıb.

...Xatırladaq ki, “Oreşnik”in buraxılması barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Noyabrın 21-də o, xüsusi çıxış edərək Dnepropetrovskdakı hərbi obyektdə yeni ballistik raketin buraxılmasını elan edib.

Əli Babayev