Suriyada Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan hərbi qrup Heyət Təhrir əl-Şam (HTŞ) arasında Hələb vilayətinin kənd yerlərində toqquşmalar gedir.
Bu gün səhər tezdən başlayan qarşıdurmalarda HTŞ Hələbin qərb çölündə Əsəd rejiminin nəzarətində olan Kefer Besme kəndi, Akil təpəsi, Əl Ragib təpəsi, Küptan dağı və Debbabat təpəsini ələ keçirib.
SİA-nın məlumatına görə, münaqişə davam edərkən Əsəd rejimi qurudan-quruya silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.
Rejimlə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan çoxlu sayda mülki vətəndaş İdlib çölünə sığınır.