Almaniyada rus təbliğatçılarını “yerlərinə oturdub”

27 Noyabr 2024 19:37 (UTC+04:00)

Almaniya Xarici İşlər Nazirliyi rusiyalı təbliğatçıların Birinci Kanalın Berlindəki ofisinin bağlanması və jurnalistlərin ölkədən çıxarılması ilə bağlı iddialarını rədd edib.

SİA-nın məlumatına görə, bunu AFP xəbər verir.

Çərşənbə günü səhər saatlarında Birinci Kanalın "müxbiri" İvan Blaqoy deyib ki, bir gün əvvəl ona və operator Dmitri Volkova telekanalın Berlindəki bürosunun bağlandığı və dekabr ayının birinci yarısında Almaniya ərazisini tərk etmək əmri verildi.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bu bəyanatları yalan adlandıraraq, Almaniya federal hökumətinin “bu telekanalın ofisini bağlamadığını” vurğulayıb.

...Mən yalnız güman edə bilərəm ki, bu (jurnalistlərin Almaniyanı tərk etmək zərurəti ilə bağlı bəyanatı – red.) yaşayış hüququ ilə bağlı məsələlərlə bağlıdır, - o əlavə edib ki, bu məsələ dövlət orqanlarının səlahiyyətində deyil.

Vaqner qeyd edib ki, rusiyalı “jurnalistlər” Almaniyada “sərbəst və maneəsiz reportaj hazırlaya bilərlər”, baxmayaraq ki, Birinci Kanal 2022-ci ilin dekabrından Avropa İttifaqının sanksiyaları altındadır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Qərb dövlətləri açıq şəkildə təxribat və dezinformasiya kampaniyaları ilə məşğul olan Rusiya təbliğat mediasına qarşı sanksiyalar tətbiq edib.

Əli Babayev