Hakan Fidanın Portuqaliyada görüşləri davam edir

27 Noyabr 2024 18:46 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Portuqaliyada Əlcəzairin Xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və Banqladeşin müvəqqəti hökumətinin Xarici işlər üzrə müşaviri Tohid Hüseyn ilə görüşüb. Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında verilən məlumata görə, o, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Keskeyş şəhərində Ə.Attaf və T.Hüseyn ilə bir araya gəlib.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Hakan Fidan eyni zamanda BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) rəhbəri professor Ceffri Saksı qəbul edib və Aralıq dənizi üçün İttifaqın (AiB) baş katibi Nasir Kamil ilə də görüş keçirib.