Tokayev Qazaxıstanı Rusiyanın etibarlı müttəfiqi adlandırıb

27 Noyabr 2024 18:36 (UTC+04:00)

...Qazaxıstan bu çətin günlərdə Rusiyanın etibarlı müttəfiqi olaraq qalır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Tokayev qeyd edib ki, Qazaxıstan çətin anlarda Rusiyanın etibarlı strateji tərəfdaşı, müttəfiqi olub və qalır. O, həmçinin Astanaya səfərinə görə Vladimir Putinə minnətdarlığını bildirib.

Qazaxıstan prezidenti bu hadisəni ölkə üçün vacib adlandırıb. Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda dövlət səfərindədir. Səfərin yekununda strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatın və 20-yə yaxın sənədin imzalanacağı gözlənilir.

Onlar enerji sektorundan hüquq sektoruna qədər ölkələr arasında əməkdaşlığın ən mühüm sahələrini əhatə edir. Bundan əlavə, Putin Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında, həmçinin videobağlantı vasitəsilə Ufada keçirilən Rusiya və Qazaxıstan arasında Regionlararası Əməkdaşlıq Forumunun 20-ci yubiley forumunun plenar iclasında iştirak edəcək.

Əli Babayev