...Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən rusiyalı müğənni Filipp Kirkorov Yeni il bayramı öncəsi sifarişsiz qalıb.
İndi sənətçi hər sifariş üçün təxminən 70 min dollar istəyir, Halbuki əvvəllər daha çox tələb edirdi.
SİA-nın məlumatına görə, bunu Glavred yazır.
...Mənbənin sözlərinə görə, noyabrın əvvəlində Filippin yeni il korporativ şənlikləri üçün qonorarı 15 milyon idi, lakin indi müğənni qiyməti 10 milyona endirib: müştərilər qiymətləri durmadan artıran Kirkorovu son illərdə qəbul etmək istəmirlər.
Bunu mətbuat yazır. O da məlumdur ki, Kirkorovun hətta ilin son həftəsi üçün sifarişi yoxdur,.. cədvəli boşdur.
Nazlı Almuradova