Kubadakı taksi parkları “Moskviç” lərlə tamamlanacaq

27 Noyabr 2024 23:45 (UTC+04:00)

...Rusiya yerli taksi parkını artırmaq üçün Kubaya 50 “Moskviç” markalı avtomobildən ibarət sınaq partiyası göndərəcək.

SİA-nın məlumatına görə, bunu Kubanın baş naziri Rikardo Kabrisas ilə görüşdən sonra Rusiya baş nazirinin müavini Dmitri Çernışenko deyib.

Söhbət hansı modellərdən getdiyi hələ məlum deyil. Nəzərinizə çatdıraq ki, paytaxt zavodunun xəttinə indi 3, 3e, 8 və sedan 6 krossoverləri daxildir. Hazırkı təcrübəyə əsasən, çox güman ki, “altılıq” Kubaya göndəriləcək. Respublika artıq Havanada partnyor şirkəti müəyyən edib, onun parkı yeni “Moskviç” avtomobilləri ilə tamamlanacaq.

Bundan əlavə, Rusiya Baş nazirinin müavini vurğulayıb ki, paralel olaraq Kubada avtomobillərin yığılması və elektrik yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması layihələrinin həyata keçirilməsi istiqamətində iş gedir və bu, respublikanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün mühüm mərhələ ola bilər. .

Nazlı Almuradova