BMT-nin Orta Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında aclığın kritik həddə çatdığını açıqlayıb və təcili atəşkəs çağırışını təkrarlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, UNRWA-nın "X" hesabından edilən paylaşımda "Qəzzada aclıq kritik həddə çatıb. İnsanlar həftələr əvvəldən qalan zibil qalaqlarında yemək axtarırlar. Qış yaxınlaşdıqca vəziyyət sürətlə pisləşir və təcili humanitar yardım olmadan sağ qalmaq qeyri-mümkün olur" ifadələrindən istifadə edilib.
Qəzzada vəziyyətin getdikcə pisləşdiyini bildirən və dərhal atəşkəs çağırışı edən UNRWA paylaşımında Qəzzada nəhəng zibil yığınlarını göstərən fotoşəkillərlə dəstəkləyib.