...Bu aktrisa istənilən obrazı mənimsəyə bilər: Rusiyanın xalq artisti Qalina Polskixin bu gün 85 yaşı tamam olur.
SİA-nın məlumatına görə, o, ilk film rolunu hələ tələbə ikən alıb. Debütant İvan Pıryevin "Ağ gecələr" dramının bir epizodunda görünüb.
Ancaq 1962-ci ildə ekranlara çıxan "Vəhşi it Dinqo" filmindən sonra ona geniş şöhrət gəldi. Növbəti il Polskix "Mən Moskva ətrafında gəzirəm" filmində oynayıb.
Onun xarakteri 60-cı illərin ideal qızını təcəssüm etdirirdi. Daha sonra o, "Ailə səbəbləri ilə", "Şaquli yarış", "Rus dilində sevmək" və bir çox başqa filmlərdə rol alıb.
Ümumilikdə Qalina Polskix 150-dən çox filmdə rol alıb və rollarını bu gün də davam etdirir.
Təbii ki, bunlar öz yerində, amma...
Xatırladaq ki, Qalina Polskixin ilk həyat yoldaşı azərbaycanlı kinorejissor Faiq Həsənov olub. O, 1965-ci ilə Soçidə avtoqəzada həlak olub.
...Və onların bu nikahdan İradə adlı qızları qalıb. Qeyd edək ki, İradə də atası kimi, VGİK-in kinoşünaslıq fakültəsini bitirib.
...Bakı mənim ikinci şəhərimdir, ərim bakılı idi. Mən Uralda çəkiliş apararkən o, faciəvi şəkildə dünyasını dəyişdi. Mən onun ailəsini, anasını çox sevirdim və biz tez-tez Bakıda olurduq. Orada çoxlu qohumlar var, hələ də ünsiyyət saxlayırıq. Anam öldü (qaynanasını deyir-A.B.), indi İradə ilə mən birlikdəyik... Tipik Bakı evimiz var idi, verandalı, paltar ipləri ilə, o qədər xoşuma gəlirdi ki, hamı bir yerdə yaşayırdı, bir-birinin evinə bişirdiklərindən göndərərdilər, xoş rəftar, xoş ünsiyyətlə bişirdiklərinin reseptlərini bılüşərdilər...
Bunu Qalina Polskix bildirib…
Nazlı Almuradova