Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu seçki gününə 50 gün qalmış - dekabrın 10-da başlayacaq. SİA xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, müraciətlərin qəbulu dekabrın 30-u saat 18:00-da yekunlaşacaq.
MSK katibi vurğulayıb ki, namizədliyin irəli sürülməsi prosesi isə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra başlayır.