İki qurum arasında sənəd dövriyyəsinin həcmi açıqlanıb

27 Noyabr 2024 13:16 (UTC+04:00)

2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Milli Məclis (MM) arasında 6 mindən çox sənəd dövriyyəsi olub. SİA xəbər verir ki, bunu nazir Sahil Babayev MM-in bu gün keçirilən plenar iclasında bildirib.

"Bu ilin 10 ayında isə həmin rəqəm 5 087 olub", - deyə o qeyd edib.

Bundan başqa, S.Babayev deyib ki, bu ilin 9 ayında nazirliyin göstərdiyi elektron xidmətlərin sayı 400 milyonu keçib: "Bunun da 15 %-i və yaxud 60 milyonu vətəndaşlarımızla, qalanı isə biznes və dövlət qurumları ilə bağlı olub".