Milli Məclis gələn il üçün yaşayış minimumunu I oxunuşda qəbul edib

27 Noyabr 2024 12:57 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. SİA-nın xəbərinə görə, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.