Mənzil-İstismar Kooperativi sədrinə hökm

27 Noyabr 2024 11:14 (UTC+04:00)

"Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi il keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı H.Əsgərovun “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.