Netanyahudan Makrona telefon zəngi - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

27 Noyabr 2024 10:53 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makrondan telefon danışığında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını yerinə yetirməməsini istəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun Paris hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs qərarını icra etməsinə mane olmaq üçün Fransa prezidenti Emmanuel Makronla telefon danışığı olduğu bildirilib.

Netanyahu Makrondan Fransadan BCM-nin müvafiq qərarını icra etməməsini istəyib. Makron isə Netanyahuya Fransanın beynəlxalq hüququ tətbiq edəcəyini və hakimin dövlət başçılarına toxunulmazlıq verə biləcəyini bildirib.