Sahilə çıxan 30 balina xilas edilib

27 Noyabr 2024 09:55 (UTC+04:00)

Yeni Zelandiyanın şimalındakı Ruakk çimərliyində sahilə çıxan 30-dan çox balina yerli Mori qrupunun Patuharakeke rəhbərliyi altında xilas edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər balinaların əksəriyyətinin dənizə qayıtdığını, lakin 3 böyük və 1 bala balinanın öldüyünü açıqlayıb.

Təbiəti Mühafizə Departamenti xilasetmə səylərini qiymətləndirib və bütün iştirakçılara təşəkkür edib.