Türkiyəli milyarder Hakan Sabancının gəlini, "Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel avtomobildə pozalar verib. SİA xəbər verir ki, o, lentə aldığı fotoları sosial media hesabında paylaşıb. Aktrisa qızılı qolbaq taxıb, qara məxmər ayaqqabı və dar tünd çəhrayı paltar geyinərək kamera qarşısına keçib.
Məlumata görə, 31-ci ad günü üçün çəkiliş təşkil edən aktrisa saçlarını burdurub və çəhrayı dodaq boyası ilə makiyaj edib.