Levandovski Ronaldo və Messiyə çatdı

27 Noyabr 2024 04:20 (UTC+04:00)

"Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb. SİA xəbər verir ki, polşalı forvard buna 5-ci turunun “Brest”lə oyununda penaltini dəqiq yerinə yetirərək nail olub.

Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub. Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail idi. 36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.