ABŞ Prezidenti Co Bayden Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden bildirib ki, atəşkəs bu gün yerli vaxtla saat 04:00-da qüvvəyə minəcək: “Atəşkəs hərbi əməliyyatların daimi dayandırılması kimi nəzərdə tutulub. Livan silahlı qüvvələri yaxın 60 gün ərzində cənuba nəzarəti İsraildən geri alacaq”.