İsrail Suriyanın mərkəzində yerləşən yaşayış məntəqələrinə iki zərbə endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Suriya mətbuatına istinadən xəbər verir.
İlkin məlumatlara görə, İsrail aviasiyası Homs vilayətinin iki kəndinə zərbələr endirib.
“Şam FM” radiostansiyasının məlumatına görə, vilayətin şimal və qərbində yerləşən Əl-Əminiyyə və Umm Haratein kəndləri hücuma məruz qalıb.
Bundan əvvəl İsrailin Homs əyalətinin Əl-Quseyr bölgəsindəki Əl-Cubaniya, Əd-Daf və Arjun körpülərinə silsilə hücumlar təşkil etdiyi bildirilmişdi.
Hücum nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib.
Əli Babayev