Dünyanın ən yaşlı adamı Con Alfred Tinnisvud 113 yaşında Böyük Britaniyada vəfat edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daily Mirror məlumat yayıb.
Tinnisvudun qocalar evində öldüyü dəqiqləşdirilir. O, bu ilin aprelində 114 yaşında dünyasını dəyişən əvvəlki titul sahibi venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Avqustda son ad gününü qeyd etmək üçün Tinnisvud uzunömürlülüyünün sirrini bölüşdü.
Daha doğrusu, heç bir sirri olmadığını etiraf etdi.
...Hər şey kimi, mən də bunu sadəliklə qəbul edirəm. Niyə bu qədər uzun müddət yaşadığım barədə heç bir fikrim yoxdur, - o zaman jurnalistlərə bildirib.
Kişi heç vaxt pəhriz saxlamadığını və əksinə, bütün həyatı boyu qızardılmış kartofdan "sui-istifadə etdiyini" etiraf etmişdi.
Tinnisvudun fikrincə, onun uzunömürlü olmasının sirri sırf şansdır. Eyni zamanda o hesab edirdi ki, hər şeydə mötədilliyə riayət edilməlidir.
Sentyabr ayında 114 yaşında İspaniyada yaşayan ən yaşlı yüz yaşlı Silveria Martin Diaz vəfat etdi.
Qadın həyatında beş uşaq dünyaya gətirib və 109 yaşında bud sümüyünün sınığından sonra əməliyyat olunmuşdu.
Əli Babayev